Ərdoğan İtaliyada G20 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Baydenlə Cənubi Qafqazla bağlı apardığı müzakirələrə toxunub.
Azpost.info bildirir ki, Ərdoğan Cənubi Qafqaz regionunda sülhün yaradıması üçün iş aparıldığını açıqlayıb. Onun sözlərinə görə, hazırda “altılıq formatı” üzrə iş gedir: “”Altılıq” formatını üzərində işləyirik. Nədir bunlar? Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan “altılıq” olaraq belə bir addım ataq və bu bölgəyə barışı gətirək. Bununla bağlı hörmətli İlham Əliyev Errmənistana sülh təklifini edib”.
Ərdoğanın sözlərinə görə, Gürcüstan “altılıq formatının” yaranmasına mənfi yanaşır: “Gürcüstan buna bir az mənfi yanaşır. Amma proseslər müsbət nəticələnsə burada bir platforma qurula bilər. Bu bölgə sabitlik hövzəsinə dönəcək. Biz də Türkiyə olaraq bu mövzuda Ermənistanla əlaqələri qəti və açıq ortaya qoyarıq. Amma təbii Gürcüstan Rusiya əlaqələri müsbət hala gəlsə bu işimizi asanlaşdıracaq”-deyə Ərdoğan vurğulayıb.