Ərdoğan sabah Azərbaycana gəlir –

Bakıda sammit başlanır
13 Oktyabr 2019 - 16:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşündə iştirak etmək üçün 14-15 oktyabr tarixlərində Baıkya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.