Ərdoğanın Azərbaycana səfər tarixi məlum oldu

27 May 2021 - 14:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana səfər edəcək.

Azpost.info bildirir ki, RİA-Novosti bu barədə diplomatik mənbələrə istinadən məlumat verir. Qeyd olunur ki, R.T.Ərdoğan iyunun 15-də Bakıya gələcək.

Səhəri gün Azərbaycan və Türkiyə prezidentləri Şuşaya gedəcəklər. Ərdoğan Şuşaya səfər zamanı yeni məktəbin təməlinin qoyulmasında iştirak edəcək.