“Bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri çox dözülməzdir”.
Bunu deputatVahid Əhmədov parlamentdə çıxışında bildirib.
Millət vəkili qeyd edib ki, bazrda qiymətlər gün-gündən artır.
“Bu qiymətlər obyektiv yox, subyektivdir. Azərbaycan dövləti bununla bağlı xüsusi tədbirlər işləyib hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik”-deyə, o, əlavə edib.(Etikxeber.az)