Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsdiyini bəyan etdi –Prezident Mahmud Abbas bəyanat verdi

Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir.

Bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib.

Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın “Əsrin sövdələşməsi” planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən gələn Azərbaycan vətəndaşları 2 həftə Türkiyədə qalacaq –

Sonrakı məqalə

Əbu-Dabidə ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb