Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı rəsmi qeydiyyata alıb –ADLAR

Cümhuriyyət Xalq Partiyasının və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

Azpost.info bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Mayın 7-də Ədliyyə nazirinin müavini Toğrul Musayevin partiyaların sədrləri ilə görüşü keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.

Partiya rəhbərləri Bədrəddin Quliyev və Əflan İbrahimov ölkə başçısının iradəsi ilə aparılan siyasi islahatları dəstəklədiklərini vurğulayaraq cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsi naminə siyasi qüvvələrin dövlətin yanında olmalarını xüsusi qeyd ediblər. Həmçinin, nazirlikdə ümummilli lider Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olublar.

Xatırladaq ki, bu yaxınlarda Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatından keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Böyük ticarət mərkəzlərinin bu ayın sonuna açılması gözlənilmir

Sonrakı məqalə

Bu gün Azərbaycanda 7420 nəfər koronavirus testindən keçib