Əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrıldı- SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon (iki milyon beş yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İnsanların Bakıdan rayona getməsinə imkan yaratmaq lazımdır” –

Sonrakı məqalə

Azərbaycanda olan daha 130 İran vətəndaşı ölkəsinə yola salındı