Əlyazmalar İnstitutunda 3 müdir yeri boşdur, işçi axtarılır –Müsabiqə elan edildi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, vakant yerlər institutun Çap kitablarının tədqiqi şöbəsinə müdir, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasına müdir və İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə 1 yerdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi və sahə üzrə iş təcrübəsi olan, elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan ixtisaslı mütəxəssislər iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bağdadinin yaxın adamının harada olduğunu bilirik” –

Sonrakı məqalə

“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək