Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq xidmət rəisi həbs edilib

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi  Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.  Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin qiyməti ucuzlaşıb

Sonrakı məqalə

Makronun koronavirusa harada yoluxduğu məlum oldu