Ən çox penalti qaytaran qapıçıların siyahısı açıqlanıb

Ən çox penalti qaytaran qapıçıların siyahısı açıqlanıb.

Qapısına təyin olunan penaltiləri dəf etmək faizinə görə dünya rekordçusu Dieqo Alvesdir. “Flamenqo”nun şərəfini qoruyan 37 yaşlı futbolçu 25 penalti qaytarıb. Vaxtilə “Valensiya”da oynamış qolkiperi 50 faizlik göstəricidən yalnız bir zərbə ayırır. O, 52 penaltinin 25-ni dəf edib.

“Barselona” və “Hannover 96”nın sabiq qapıçısı Robert Enke 35,1 faizlə ikinci, “Bavariya” və “Benfika”nın keçmiş qolkiperi Hans-Yorq Butt isə 31,9 faizlə üçüncü pillədə yer alıblar.

Əvvəlki məqalə

Prezident AZTV-nin elektron arxivinin yaradılması üçün 1 milyon ayırdı

Sonrakı məqalə

Danimarka Rusiya vətəndaşlarına viza verilişini dayandırdı