Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək –RƏSMİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Türkiyə Prezidentinin sözçüsü qeyd edib ki, bu gün Füzulidə, Şuşada və digər azad edilmiş ərazilərdə nəhəng işlər görülüb.

İ. Kalın vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun komandası işğaldan azad edilmiş Qarabağın yenidən qurulması istiqamətində var qüvvəsi ilə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Sosial Müdafiə Fondunun yaranmasından 29 il ötür

Sonrakı məqalə

Deputatlar şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edib