Ərdoğan mikrofonun açıq olduğunu unutdu,verdiyi sual diqqəti çəkdi

Ötən gün Moskvada Rusiya və Türkiyə Prezidentlərinin İdlibdə atəşkəs elan olunması ilə bağlı qərarından sonra toplantıya damğa vuran an yaşanıb.

“Haberler.com” saytının verdiyi xəbərə görə, tədbirdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla söhbət edən Rəcəb Tayyib Ərdoğan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunu yanına çağırıb. Bu zaman mikrofonun açıq olduğunun fərqinə varmayan Türkiyə Prezidenti “Əsəd ilə danışdınızmı?” deyə soruşub. O an isə kamerlara düşüb.

Xatırladaq ki, fevralın 27-də Suriya Prezidenti Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə hava hücumu nəticəsində 33 əsgərin ölümü ilə başlayan gərginlik dünən axşam imzalanan atəşkəslə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Şəhər Polisinə yeni şöbə rəisi təyin olunub

Sonrakı məqalə

Dünya Bankı Azərbaycandakı işsizlər üçün 100 milyon dollar ayırdı