Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. Bildirilir ki, iclasda PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD başda olmaqla Türkiyənin milli birlik və bərabərliyinə yönəlmiş təhlükə və təhdidlərə qarşı ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə icra edilən antiterror əməliyyatları haqqında Milli Təhlükəsizlik Şurasına məlumat verilib və əlavə tədbirlərin görüldüyü qeyd olunub.

FETÖ ilə mübarizə, NATO liderlərinin sonuncu zirvə görüşündə müzakirə olunan məsələlər və s. məqamların xatırladıldığı məlumatda qeyd olunur ki, bu çərçivədə müttəfiqləri FETÖ, PKK/KCK-PYD/YPG ilə mücadilədə Türkiyənin yanında olmağa dəvət ediliblər.

Gündəlikdə olan digər beynəlxalq məsələlərdən də bəhs olunan məlumatda vurğulanır ki, beynəlxalq hüququ heçə sayaraq mehriban qonşuluq və müttəfiqlik əlaqələrinə zidd mövqeyini israrla davam etdirən Yunanıstanın su və hava sərhədlərini davamlı pozması qəbul edilə bilməz.

Əvvəlki məqalə

Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib –

Sonrakı məqalə

“Neftçi” uduzdu