“Neftçi” uduzdu

Neftçi” avrokuboklarda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk görüşünə çıxıb.

Kiprdəki görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Matçın taleyi isə fasilədən sonra həll olunub.

Limassol təmsilçisi “Neftçi”nin qapısına vurulan iki qolla qələbə qazanıb. Buraxılan qollardan sonra fəallığı artıran bakılıların səyləri isə bəhrəsiz qalıb.

Qeyd edək ki, “Neftçi” və “Aris” arasında cavab oyunu iyulun 28-də keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
21:30. “Aris” (Kipr) – “Neftçi” (Azərbaycan) – 2:0
Qollar: 
Kayu, 53, Artur Yannik Qomis, 66
Baş hakim: İvan Bebek (Xorvatiya)
“Aris”: 1. Vana, 8. Morqan Braun, 20. Stiv Yaqo, 31. Frants Brorsson, 13. Delmiro Evora Naşimento (k), 3. Kayu, 21. Mixlali Mayambela, 10. Matiya Şpolyariç, 37. Julius Szoke, 14. Artur Yannik Qomis, 27. Martin Sloqar
Ehtiyat oyunçular: 28. Neofitos Stalianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 30. Aleks Mussunda, 9. Daniel Sikorski, 7. Leo Benqtsson, 65. Yanis Dede Lomme, 58. Yevgeni Yablonski, 72. Floriss Djave
Baş məşqçi: Aleksey Şpilevski
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93. Rza Cəfərov, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf
Larnaka, “AEK Arena”

Əvvəlki məqalə

Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

Sonrakı məqalə

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür