Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib –“Grand Chess Tour”

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.

Bu gün turnir çərçivəsində 3 turun oyunları baş tutub. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 4-cü turda bolqarıstanlı Veselin Topalovla heç-heçə etsə də, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşmasını qələbə ilə başa vurub. Günün son oyununda isə şahmatçımız Fransanı təmsil edən Alireza Firuzcaya uduzub.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.