Ərdoğan NATO-nun sammitnə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedib.

Azpost.info bildirir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, Ukrayna böhranı səbəbindən keçiriləcək NATO toplantısı çərçivəsində Türkiyə dövlət başçısı bir sıra liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Brüssel səfərində dövlət və hökumət nümayəndələri, eləcə də digər şəxslərdən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir

Əvvəlki məqalə

“Peyvənd bitməyənə qədər yoluxma təhlükəsi qalacaq” –

Sonrakı məqalə

Rusiya Qazaxıstandan Avropaya neft ixrac edən kəməri bağlayıb