Rusiya Qazaxıstandan Avropaya neft ixrac edən kəməri bağlayıb

Rusiya Qazaxıstan neftini Avropa İttifaqına ixrac edən Novorossiysk kəmərini bağlayıb.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi açıqlama yayıb. Xəzər Konsorsiumu dəniz terminalında gözlənilməz ciddi qəza baş verdiyini açıqlayıb.

Bu barədə “Kommersant” xəbər verir.

Bu kəmər Qazaxıstandan Rusiya neftini almaqdan imtina edən Aİ ölkələrinə neft ixracını təmin edir.

Rəsmi açıqlamda deyilir ki, fırtına nəticəsində terminalda qurğular zədələnib. Bu isə dünya bazarına tədarükü birdən-birə 1 milyon barel azalda bilər.

Nazirlik bildirib ki, avadanlıqların təmiri iki aya qədər davam edəcək. Bu halda Avropaya ixrac üçün neftin daşınması tamamilə dayandırıla bilər.

Əvvəlki məqalə

Ərdoğan NATO-nun sammitnə gedib

Sonrakı məqalə

“Bu gün kimin dost, kimin xain olduğunu biləcəyik” –