Ərdoğan Putinə təşəkkür edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə “taxıl sazişi”nin  uzadılmasına verdiyi töhfəyə görə təşəkkür edib.

Azpost.info xəbər verir ki, Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiyə və BMT Baş katibi Antonio Quterreşə də minnətdarlıq edib.

Razılaşmanın 120 gün uzadıldığını deyən Ərdoğan bildirib ki, ərzaq tədarükünün həcmi bu sazişin əhəmiyyətini göstərir.

Türkiyə liderinin sözlərinə görə, sazişin imzalandığı 4 ay ərzində ehtiyacı olanlara 11 milyon tondan çox taxıl və digər ərzaq məhsulları çatdırılıb.

Sazişin müddəti noyabrın 19-da başa çatırdı.

Azpost.info

Əvvəlki məqalə

“Bu, taxıl və gübrəyə ehtiyacı olan dünya üçün yaxşı xəbərdir”

Sonrakı məqalə

“Tarixin səhifələri” qəzetinin baş redaktoru dələduzluğa görə həbs edilib