“Bu, taxıl və gübrəyə ehtiyacı olan dünya üçün yaxşı xəbərdir”- Şarl Mişel

“Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iyul ayında bağladığı “taxıl sazişi”nin uzadılmasını alqışlayıram”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

“Bu təşəbbüs çərçivəsində artıq 10 milyon ton taxıl ixrac edilib. Sazişin uzadılması taxıl və gübrəyə ciddi ehtiyacı olan dünya üçün yaxşı xəbərdir”, – Mişel “Tviter” səhifəsində yazıb.

Qeyd edək ki, saziş daha 120 gün müddətinə uzadılıb.

Azpost.info

Əvvəlki məqalə

“Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan?” –

Sonrakı məqalə

Ərdoğan Putinə təşəkkür edib