Ərdoğan Putini Ukraynada təcili atəşkəsə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Görüşdə Ukrayna böhranı müzakirə edilib.

R. T. Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Türkiyə Prezidenti təcili atəşkəsin bölgədəki humanitar problemləri aradan qaldırmaqla yanaşı, siyasi həll yolunun axtarışına da imkan verəcəyini bildirib.

R. T. Ərdoğan Ukrayna probleminin ən qısa zamanda sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu da Rusiyalı həmkarına bildirib.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rusiya Prezidentini birlikdə sülhün yolunu açmağa çağırıb.

Görüşdə Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan və Putin Ukrayna böhranını müzakirə edib

Sonrakı məqalə

Kreml Ərdoğanla danışıqlar barədə açıqlama yaydı –