Ərdoğan seçki bitdikdən sonra ilk tvitini yazdı –"Allaha şükür..."

“Səsvermə prosesi Allaha şükür demokratiyamıza yaraşan şəkildə tamamlandı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitterdə yazıb.

O, deyib ki, ndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır: “Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!..”

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Əvvəlki məqalə

Türkiyədə seçkilər başa çatdı, səslərin sayımı başladı

Sonrakı məqalə

“Nəticələrə mənfi təsir edəcək heç bir hal yaşanmayıb” –