Ərdoğan və Putin Qarabağı müzakirə edib

Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. 

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər bir sıra məsələlərə toxunublar. Prezidentlər regionun nəqliyyat infrastrukturlarının bərpası üçün koordinasiyanın davam etdirməyi razılaşıblar.

“Qarabağ ətrafında situasiya müzakirə edilib. Atəşkəsə nəzarət üzrə birgə rus-türk mərkəzinin fəaliyyəti müsbət qiymətləndirilib”.

Ərdoğan Üçtərəfli Bəyanat üzrə əldə edilmiş razılaşmaların reallaşdırılması üçün Rusiyanın səylərini dəstəkləyib.

Putin və Ərdoğan Suriya ilə bağlı müzakirə aparıblar. Həmçinin ABŞ prezidenti Bayden ilə görüşləri barədə fikir mübadiləsi edilib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə deyil” –

Sonrakı məqalə

Bakıda sürücü döyülərək öldürülüb –