Ərzaq biznesi ilə məşğul olan 400 sahibkarın qeydiyyatından imtina olunub –AQTA sədri

“2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-ə imtina verilib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib: “2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nobel mükafatını Qorbaçovdan geri almaq gec deyil” –

Sonrakı məqalə

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır