“Ərzaq məhsullarının qiymətləri dözülməzdir” –Vahid Əhmədov xüsusi tədbirlər görməyə çağırdı

“Bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri çox dözülməzdir”.

Bunu deputatVahid Əhmədov parlamentdə çıxışında bildirib.

Millət vəkili qeyd edib ki, bazrda qiymətlər gün-gündən artır.

“Bu qiymətlər obyektiv yox, subyektivdir. Azərbaycan dövləti bununla bağlı xüsusi tədbirlər işləyib hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik-deyə, o, əlavə edib.(Etikxeber.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizlərdən asılı olmayan məsələlər var”-

Sonrakı məqalə

Azərbaycan iki ayda Avropaya nə qədər qaz ixrac edib? –