“Ərzaq qiymətlərinin pik nöqtəsi hələ qarşıdadır”- Almaniyalı nazir

“Ərzaq qiymətlərinin pik nöqtəsi hələ çatmayıb, növbəti qiymət artımlarına hazırlaşmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın Ərzaq və kənd təsərrüfatı naziri Cem Özdemir deyib.

O, həmçinin aztəminatlı ev təsərrüfatlarına əlavə yardım göstərməyə və Ukrayna taxılının ixracının alternativ yollarına çağırıb.

Nazirin sözlərinə görə, indi bir çox istehsalçılar enerjiyə daha çox pul xərcləmək və xərcləri müştərilərə ötürmək məcburiyyətindədirlər. Ona görə də aztəminatlı ailələrin əlavə ünvanlı müavinətlərə ehtiyacı var.

Özdemir meyvə-tərəvəzdə ƏDV-nin ləğvini də istəyib: “Düşünürəm ki, bu düzgündür, çünki istehlak xərcləri, xüsusən də yoxsullar arasında böyük rol oynayır və bu, həm də sağlam qidalanmağa kömək edəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Sumqayıtdakı yanğından sonra problemimiz olmayıb”

Sonrakı məqalə

Şuşada ilk yaşayış binalarını hansı şirkət tikəcək?