Əsgərlərin təminat məsələlərinin icrasına səhlənkar yanaşan vəzifəli şəxslər cəzalandırılıb –MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib.

“Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb”, – deyə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Büdcədən siyasi partiyalara ayrılan pul azaldılır –

Sonrakı məqalə

“Səfərbərliyə çağrılmış şəxslərin tərxis olunması üçün sənədlər artıq hazırlanıb” –