10 ayda kafe və restoranların 2,2 milyard manat gəliri olub

2025-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 2 milyard 239,3 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,0 faiz artaraq 1135,0 milyon manat olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.