10 il əvvəl yaddaşını itirən gənc bir mahnı ilə hər şeyi xatırladı –FOTO

10 ildir ki, yaddaşını itirən London sakini tanış mahnını eşitdikdən sonra hər şeyi xatırlayıb.

Bu barədə “Daily Star” xəbər verir.

Məlumata görə, Tomas Lids 19 yaşında olarkən avtomobil qəzasına düşüb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən gənc bundan sonra yaddaşını itirib. Növbəti 10 il ərzində gənc nə ailəsini, nə də qəzadan əvvəlki həyatını xatırlamayıb.

London sakinində prozopaqnoziə (üz tanıma qabiliyyətini itirmək) da inkişaf edib, epilepsiyaları başlayıb. Ailəsi onun yaddaşının qayıtması üçün vaxtı ilə tanıdığı yerlərə aparsalar da heç nə kömək eləmr.

Bu yaxınlarda 30 yaşını qeyd etməyə hazırlaşan Lids radiodan “Waterboys” qrupunun “The Whole on the Moon” mahnısını eşidib. Qəfil o uşaqlığını və anasını xatırlamağa başlayıb. Gənc anlayır ki, musiqi sayəsində yaddaşı özünə qayıdır.

“Hər şey elə möhtəşəm, böyük və sonsuz idi ki… Və mən xatırlayıram, bu axmaqcasına səslənsə də, mən sadəcə parkda ağacların altında  oturmuşdum”, – deyə o, danışır.

Yaddaşının qayıtması ilə Lids daha ünsiyyətcil  və emosional olur. Bununla belə o, insanların üzünü tanımaqda hələ də çətinlik çəkir.

Hazırda iki uşağı olan gənc bəzən qızlarının üzünü tanımadığını etiraf edib. O, yaddaş itməsi ilə bağlı roman-nağıl yazmağı düşündüyünü deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ayı hərbi bazaya girdi, hərbçiyə xəsarət yetirdi –

Sonrakı məqalə

Almaniya prezidenti Hitlerə görə Azərbaycandan üzr istədi: