Ayı hərbi bazaya girdi, hərbçiyə xəsarət yetirdi –FOTO

Yaponiyada ayı Sapporo şəhərində yerli sakinlərə hücum edərək üç nəfərə xəsarət yetirib.

Bu barədə NHK telekanalı məlumat yayıb. Yırtıcı heyvan daha sonra Hərbi Hava Qüvvələrinin yerləşdiyi bazasının ərazisinə daxil olaraq hərbçilərdən birinə hücum edib.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Ayı hərbi baza ilə həmsərhəd olan hava limanının ərazisinə də daxil olub. Bir müddət aeroport ərazisində gəzişəndən sonra oranı tərk edib.

Polis və xüsusi xilasetmə qrupunun işçiləri ayını tutmaq üçün əməliyyat təşkil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İngiltərə Şotlandiya ilə heç-heçə edib –

Sonrakı məqalə

10 il əvvəl yaddaşını itirən gənc bir mahnı ilə hər şeyi xatırladı –