Rusiyada miqrasiya sahəsinin tənzimlənməsi ilə bağlı islahatlardan sonra qanunsuz miqrantların ölkədən çıxarılması 2,6 dəfə artıb. Eyni zamanda, məcburi deportasiyaların sayı 85% artıb.
Azpost.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər nazirinin birinci müavini Andrey Kikotla görüşündə bildirib.
Kikot bunu təsdiqləyib və bildirib ki, belə halların sayı 100 minə çatıb. Onlardan 75 mini məcburi qaydada ölkədən çıxarılıb.