Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

102 il davam edən və insan itkisi qeydə alınmayan müharibə

Orkhan Ali 07 İyun 2025 - 19:22 (Last updated: 07 İyun 2025 - 09:33)
1740154773_67b84e5946c3a67b84e5946c3b174013192967b84e5946c3867b84e5946c39

Tarixdə onilliklər, bəzən isə yüzillər boyu davam edən müharibələr, hərbi konfliktlər mövcuddur. Bu münaqişələrin bəziləri, formal, kağız üzərində olur, tərəflər real döyüş meydanında bir dəfə olsun üz-üzə gəlmirlər.

AzPost lent.az-a istinadən tarixin ən uzun sürən və heç bir insan tələfatı ilə nəticələnməyən nadir müharibələrindən biri – 102 il sürən Monteneqro-Yaponiya münaqişəsi barədə yazını təqdim edir.

XX əsrin əvvəllərində Monteneqro indi olduğu kimi müstəqil dövlət idi. O zamanlar Monteneqro Knyazlığı qonşu Serbiya ilə Balkanlarda Rusiyanın əsas müttəfiqi adlandırılmaq hüququ uğrunda mübarizə aparırdı. Ölkə Rusiya İmperatoru II Nikolayın 1904-cü ildə Yaponiyaya müharibə elan etmək qərarını fəal şəkildə dəstəklədi . Üstəlik, Monteneqro cəmiyyətinin əhəmiyyətli hissəsinin fikrincə, müharibə Yaponiya ilə Rusiya arasında deyil, Yaponiya ilə Rusiya-Monteneqro hərbi bloku arasında başlamışdı. Hətta bir neçə monteneqrolu könüllü Uzaq Şərqə müharibəyə getmiş, Rusiya tərəfində cəsarətlə vuruşmuşdular.

Monteneqrolular rusların həmin müharibədə məğlubiyyətini açıq məyusluqla qəbul etdilər. Rusiya və Yaponiya münaqişəni sonlandıran sülh müqaviləsini imzalasalar da, Monteneqro ilə sülh sazişinin imzalanması unuduldu. Ardınca Monteneqronun siyasi gündəmini digər qayğılar aldı. Serbiya ilə münasibətlərdə növbəti böhran yaşandı, Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaqı, 1912-1913-cü illərdə iki Balkan müharibəsi və sonra Birinci Dünya Müharibəsi Monteneqronu müstəqil dövlət kimi fəaliyyətini sonlandırdı və Yuqoslaviya dövlətinin tərkibinə daxil etdi. Yeni ölkənin diplomatları da uzaq Yaponiya ilə sülh bağlaya bilmədilər. Sonra İkinci Dünya Müharibəsi, kommunist Yuqoslaviyasının yaradılması və onun süqutu baş verdi. Bir sözlə, 2006-cı il iyunun 3-də Monteneqro müstəqillik elan edənə qədər iki ölkə formal olaraq müharibə vəziyyətində idi.

Yeni Monteneqro hakimiyyəti özünü Monteneqro Knyazlığının varisi olduğunu bəyan etdi və məlum oldu ki, 1904-cü ildə Yaponiyaya qarşı elan edilmiş müharibə bu günə qədər davam edir. Ona görə də yeni hökumətinin gördüyü ilk iş Yaponiya ilə sülh müqaviləsi bağlamaq oldu. Beləliklə, bütün XX əsr və hətta bir az daha uzun sürən müharibə beləcə başa çatdı.

Qeyd etmək lazımdır ki, Balkanlar üçün hər kəsin unutduğu belə müharibələr qeyri-adi deyil. İkinci Dünya Müharibəsinin əvvəlində Albaniyanın işğalından sonra onun marionet hökuməti İtaliyanın təzyiqi ilə Yunanıstana müharibə elan etdi. Döyüşlər başlamamış Yunanıstan İtaliya və Almaniya tərəfindən işğal olundu. Və hamının unutduğu müharibə vəziyyəti yalnız 90-cı illərdə, Albaniyada kommunist rejiminin süqutundan sonra rəsmi qaydada sülh imzalanmaqla dayandırıldı.

AzPost.az

Post navigation

Previous: Normal qan təzyiqi neçə olmalıdır?
Next: Ən qədim dəniz canlıları: Çox uzun yaşayanlar

Oxşar xəbərlər

burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
onurqa
  • Maraqlı

Bu məşqlər onurğaya zərər verə bilər – Neyrocərrahdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 14:19
geznti
  • Maraqlı

Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

User 28 Oktyabr 2026 - 13:59

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
İsraildə bülletenlərin 84,5%-i sayılıb.   Son məlumata görə, Netanyahunun “Likud” partiyası parlamentdə 27, Qadi Ayzenkotun “Yaşar” partiyası isə...
Read more about İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.