11 ay ərzində ölkədə 999 xarici sərmayəli şirkət qeydiyyatdan keçib

Cari ilin dekabrın 1-nə 16 min 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Dövlət Vergi Xidməti xəbər verir ki, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artıb.

Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1 faizi ticarət, 26,8 faizi xidmət, 12,1 faizi tikinti, 10,7 faizi sənaye, 4,8 faizi rabitə, 12,5 faizi isə digər sahələrdə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Alpinist oğru”nun qarət etdiyi sabiq baş infeksionist ifadə verib

Sonrakı məqalə

“Bəli, Azərbaycan Naxçıvanla nəqliyyat yolu əldə etməlidir” –