11 ayda xaricə 2 milyard 688 milyon dollarlıq qeyri-neft məhsulu ixrac etmişik –RƏSMİ

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 688,09 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Cari ilin 11 ayında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artıb. Təkcə bu ilin noyabr ayında Azərbaycandan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ayla müqayisədə 12,2 faiz çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 47,2 faiz artaraq 2 milyard 713,4 milyon ABŞ dolları olub.

Əvvəlki məqalə

Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilər

Sonrakı məqalə

Kəmaləddin Heydərov ərəb səfiri ilə görüşüb –