11 yaşlı qıza təcavüzlə bağlı şübhəli şəxs tutulub –Baş Prokuror

Baş prokuror Kamran Əliyev İmişli rayonda 11 yaşlı qızın dünyaya uşaq gətirməsinə münasibət bildirib.

Baş Prokuror deyib ki, İmişlidə baş vermiş hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

“İlkin hadisə prokurorluğa bəlli olandan sonra dərhal faktla bağlı cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib, saxlanılıb. İntensiv hərəkətlər gedir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir, daim nəzarətdə saxlayırıq”, – deyə Baş prokuror qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şöbə müdiri tələbədən aldığı 4 min manatı rektor Nurlana Əliyevaya verdiyini deyib

Sonrakı məqalə

Rövşən Əkbərov niyə Milli Qəhrəman adından məhrum edilməyib? –