“12 stul” filminin rejissoru dünyasını dəyişdi –SSRİ xalq artisti Mark Zaxarov vəfat edib

Məşhur sovet kinorejissoru, SSRİ xalq artisti Mark Zaxarov 86 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə TASS “Lenkom” teatrının direktoruna istinadən məlumat yayıb. M.Zaxarov avqust ayının sonlarından xəstəxanada yatırdı.

O, 35 il ərzində “Lenkom” teatrına rəhbərlik edib. Onun ən məşhur səhnə işləri “Yunona və Avos” rok-operası sayılır. M. Zaxarov həmçinin SSRİ-də kult filmlərdən sayılan “12 stul”, “Adi möcüzə”, “Həmin o Münhauzen” bədii filmlərinin quruluşcu rejissoru olub.

O, həmçinin “Səhranın bəyaz günəşi”, “İf qalasının məhbusu” filmlərinin müştərək ssenari müəllifidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlər oktyabr ayında hansı rayonlarda vətəndaşları qəbul edəcəklər? –

Sonrakı məqalə

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi