Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

120 uşaq qaçırıldı: Terrorçuların dəhşətli planı ortaya çıxdı

Orkhan Ali 25 İyun 2025 - 11:22 (Last updated: 25 İyun 2025 - 11:22)
Terrorçu

Terrorçu

Mozambikin şimalında son günlər ən azı 120 uşaq silahlı yaraqlılar tərəfindən qaçırılıb. Bu barədə aparıcı beynəlxalq insan haqları təşkilatları məlumat yayıb. Hadisə ölkənin Kabo Delqado əyalətində qeydə alınıb. Mütəxəssislər bölgədə oğurluq hallarının daha da artacağından ehtiyat edirlər.

AzPost bildirir ki, qaçırılan uşaqlar terrorçular tərəfindən müxtəlif məqsədlərlə istismar olunur. Onlar talan edilmiş malların daşınması, məcburi əmək və bəzi hallarda döyüşçü kimi cəlb edilir. Hətta bəzi qız uşaqları məcburi nikaha məcbur edilir.

Məlumata görə, bu dəhşətli cinayətlərin arxasında İslam Dövləti* və Əl-Şəbab* adlı terror qruplaşmaları dayanır. Qeyd edək ki, Mozambik 2017-ci ildən bəri islamçı üsyançılarla mübarizə aparır və ölkə ordusu bu mübarizədə Ruanda və Cənubi Afrika kimi tərəfdaşlardan dəstək alır.

Xatırladaq ki, yaraqlılar 2020-ci ildə də onlarla insanı, o cümlədən uşaqları vəhşicəsinə qətlə yetirmişdi. Şahidlər bildirir ki, qaçırılan uşaqlar sonrakı hücumlarda məcburi döyüşçü kimi istifadə olunub.

BMT-nin məlumatına əsasən, hazırda bölgədə 600 mindən çox insan evini tərk edib və zorakılıqlar Mozambikin digər əyalətlərinə də yayılıb. Hüquq müdafiəçiləri hökuməti uşaqları xilas etmək və yeni qaçırılmaların qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Norveç Qaçqınlar Təşkilatının baş katibi Yan Egeland əyalətə səfərindən sonra vəziyyəti inkişaf etmiş humanitar böhran kimi qiymətləndirib. O bildirib ki, iqlim dəyişiklikləri, artan zorakılıq və aclıq əhalinin həyatını cəhənnəmə çevirib.

Hazırda bölgədə 5 milyondan çox insan ciddi aclıqla, 900 mindən çox insan isə fövqəladə vəziyyətlə üz-üzədir.

AzPost.az

Post navigation

Previous: Bakıda icra başçısı birinci müavinini işdən çıxardı
Next: Gecikmiş borca görə kredit ala bilmirsiniz?

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.