13 yaşlı qızı qaçıran xaçmazlı kişinin həyat yoldaşı danışdı –"Bizi biabır elədi” /VİDEO

Tovuzdan olan 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə yanına qaçdığı Xaçmaz sakini Səfər Kavazovun həyat yoldaşı İTV-yə açıqlama verib.

Qadın açıqlamasında deyib ki, həyat yoldaşının bu addımı onda şok yaradıb.

Qadın ərinin telefonla daima danışdığını deyib və buna görə Səfərə dəfələrlə iradını bildirib.

“Buna görə neçə aydır mübahisə edirdik. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.
Ətraflı videonu təqdim edirik:

 

Əvvəlki məqalə

Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib

Sonrakı məqalə

“Münaqişənin arzuolunan nəticəsi Ukraynanın Avropa İttifaqına daxil olmasıdır”