Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

14 mayda Mütəllibov rus generalının AXC rəhbərlərini həbs təklifini niyə rədd edib? –

User 14 May 2022 - 13:38 (Last updated: 21 May 2025 - 20:15)
mutellibov sovet

30 il əvvəl mayın 14-də mərhum prezident Ayaz Mütəllibovun hakimiyyətə qayıdış cəhdi uğursuzluqla nəticələnib.

Xalq etirazları nəticəsində Mütəllibov vəzifədən getməyə məcbur oldu.

Azpost.info bildirir ki, Milli Məclisin deputat Vahid Əhmədov illər əvvəl modern.az-a verdiyi müsahibədə həmin günlərlə bağlı maraqlı məqamları açıqlayıb.

Vahid Əhmədov 1992-ci ildə Azərbaycanda Baş nazirin birinci müavini olub.

V.Əhmədov deyib ki, o günlər çox gərgin vəziyyət yaranmışdı: “14 may 1992-ci ildə Ayaz Mütəllibov ikinci dəfə hakimiyyətə qayıdan gün prezidentin köməkçisi rəhmətlik Gülşad Zərbəliyev zəng vurdu mənə və dedi ki, “cənab prezident çağırır səni”. Mütəllibovun qayıtmasına etiraz edən AXC yığışıb hücum eləmək istəyirdi.

Getdim Prezident Aparatına… Mütəllibovun kabinetinə girəndə gördüm ki, otaqda Baş nazir Rəhim Hüseynov, Rusiyanın Azərbaycanda yerləşən 4-cü ordu birləşməsinin komandanı general Popov, MTN naziri İlhüseyn Hüseynov oturublar… Mütəllibov mənə dedi ki, “Vahid, cəbhəçilərlə sənin yaxşı münasibətin var. Sən onlarla görüş və de ki, hökümət binalarına hucum eləməsinlər”.

Amma rus generalı dedi ki, “Ayaz Niyazoviç, siz rəsmi icazə verin biz məsələni həll edək”…Popov soyuqqanlıqla bildirdi ki, “zaxvat qrup” lazımi adamları zərərsizləşidrəcək və hər şey yoluna düşəcək. Ola bilsin ölüm də olsun.  Mütəllibov buna qəti etiraz etdi. Dedi ki, “mənim işləməyimə görə qan töküləcəksə, burada qalan deyiləm. Adamların öldürülməsini istəmirəm”.  Sonra üzünü mənə tutub “Vahid, sən danış onlarla. Mən gözləyirəm” dedi…”

Bundan sonra V.Əhmədov kabinetdən çıxıb və AXC-nin Səbaildəki qərargahına gəlib.

“Gördüm ki, AXC-nin tərəfdarları artıq Milli Təhlükəsizlik Nazirliyinin yanından Ali Sovetə tərəf gəlirlər. Görüş artıq mümkün deyildi. Gecikmişdik”.

Deputat deyib ki, proseslərə rus hərbçilərinin müdaxilə imkanları çox böyük olub: “Mütəllibov razı olsaydı rusların buna müdaxilə imkanları var. idi. O zaman elə Prezident Aparatının həyəti rus desantları ilə dolu idi. AXC-də nə vardı? Bir köhnı BTR… Amma camaaat AXC-nin dalınca gedirdi. İnsanlar azadlıq istəyirdilər”-deyə V.Əhmdov müsahibədə vurğulayıb.

Deputat qeyd edib ki, həmin zaman rəhbərlikdə olan şəxslərin çoxu AXC ilə əlaqədə idi. “Məsələn, Baş nazir Həsən Həsənovun AXC ilə çox yaxşı əlaqələri vardı”.

Azpost.info

 

 

 

Post navigation

Previous: ABŞ İsveç və Finlandiya ilə bağlı Türkiyədən izahat istəyəcək –
Next: “Putinin mövqeyində heç bir dəyişiklik görmədim” –

Oxşar xəbərlər

pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22

xƏBƏR

pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Süni intellekt artıq yalnız texnologiya şirkətlərinin istifadə etdiyi alət deyil. Banklardan mağazalara, media qurumlarından mühasibat xidmətlərinə qədər...
Read more about Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir abs silah
  • Dünya

ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir

User 03 Noyabr 2026 - 14:07
Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir? Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.