15 nəfər YAP-dan qovulub

15 nəfər Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Bununla bağlı qərar YAP İdarə Heyətinin videokonfrans formatında keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, buna səbəb həmin şəxslərin partiyanın nüfuzuna xələl gətirən hərəkətləri olub.

İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Əvvəlki məqalə

“Nar” 5G sürətini Sumqayıta gətirdi!

Sonrakı məqalə

Rusiya qaz hasilatını niyə azaldıb?