Bakıda avtomobil evakuatora çırpılıb, yaralanan var

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “KİA” markalı minik avtomobili evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin qadın sürücüsü ağır xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Əvvəlki məqalə

Mehriban Əliyeva Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Rusiya Türkiyə ilə imzaladığı “taxıl sazişi”nin icrasını dayandırdı