Çin XİN rəhbəri Bakıya gəlir

Çinin xarici işlər naziri Van İ Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. Xəbəri “Sinxua” agentliyi yayıb.

Çin XİN-in nümayəndəsinin sözlərinə görə, Van İ oktyabrın 14-dən 20-dək Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfərlər edəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.