Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniyadan geri qəbul edilib.