Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

18 işıq ili uzaqlıqda yaşama potensialı olan “super-Yer” kəşf edildi

Orkhan Ali 17 Noyabr 2025 - 09:50 (Last updated: 17 Noyabr 2025 - 07:18)
1

ABŞ alimləri dünyaya nisbətən yaxın məsafədə – cəmi 18 işıq ili uzaqlıqda yerləşən yeni ekzoplanet aşkar ediblər. AzPost-un SciTechDaily-ə istinadla məlumatına görə, GJ 251 c adlandırılan bu planet “super-Yer” kateqoriyasına daxildir və orada həyat üçün əlverişli şəraitin olması istisna edilmir.

Tədqiqatçılar bildirirlər ki, planetin kütləsi Yerdən təxminən dörd dəfə böyükdür. Ən önəmlisi isə odur ki, GJ 251 c ulduzundan elə məsafədə yerləşir ki, səthində suyun maye halda qalması mümkün görünür. Bu faktor isə potensial yaşana bilən planetlərin əsas meyarlarından sayılır.

GJ 251 c qırmızı cırtdan M-tipli ulduzun ətrafında cəmi 18 günə bir dövrə vurur. Alimlər planetin mövcudluğunu ulduzun cazibə qüvvəsi təsiri ilə yüngül “yalpalanması” əsasında müəyyən ediblər — bu, yaxın orbitdə kütləvi obyektin olduğunu göstərən klassik radial sürət üsuludur.

Hazırda GJ 251 c rəsmi olaraq “planet namizədi” statusundadır və yekun təsdiq üçün daha dəqiq müşahidələr tələb olunur. Bu məqsədlə hazırda tikintisi davam edən 30 metrlik TMT (Thirty Meter Telescope) teleskopunun imkanlarından istifadə ediləcəyi gözlənilir.

Kəşf astronomiyada yeni ümidlər yaradıb: alimlər yaxın illərdə GJ 251 c planetinin atmosferini, kimyəvi tərkibini və həqiqətən yaşana bilən olub-olmadığını araşdırmağı planlaşdırırlar.

AzPost.az

Post navigation

Previous: 74 yaşlı restoran sahibi 29 yaşlı qadını boğaraq öldürdü
Next: Merts Almaniyanın tarixi məsuliyyətini xatırlatdı

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib....
Read more about Tramp İranla müharibənin başa çatdığını bildirib
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.