1846-cı ildən bu günə qədər Azərbaycanda 2 milyard ton neft çıxarılıb –SOCAR

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 mlrd. tondan artıq neft hasil edilib.

SOCAR-ın illik hesabatında verilən məlumata görə, hesabat dövründə ölkədə və 900 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Hesabata əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 mln. ton neft və 176,7 mlrd. kubmetr qaz hasil edilib.

“Bu yataqlardan hasil edilmiş neftin 309,4 mln. tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib”, – hesabatda deyilir.

Qeyd olunur ki, bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın neft sənayesinə indiyədək 95 mlrd. dollardan çox xarici sərmayə yatırılıb

Sonrakı məqalə

Kəramət Böyükçöl narkoloji dispanserə yerləşdirilib