Rusiya paytaxtında azərbaycanlı iş adamlarına məxsus “Sadodvod” bazarında yanğın baş verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, yanğın hadisəsi “Sadodvod” bazarının üç pavilyonunda qeydə alınıb.
Yanğınsöndürənlərin alovu söndürüblər. Yanğın nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən “Sadodvod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.