Bayden Rusiya ilə Belarus arasında nüvə razılaşmasını şərh edib

ABŞ prezidenti Co Bayden Rusiya ilə Belarus arasında qeyri-strateji nüvə silahlarının yerləşdirilməsi ilə bağlı razılaşmanı şərh edib.

Azpost.info xəbər verir ki, Bayden bu barədə Ağ Evdə mətbuat konfransı zamanı danışıb.

ABŞ lideri razılaşmanı “son dərəcə mənfi” adlandırıb.

Mayın 25-də Belarus lideri Aleksandr Lukaşenko Rusiyadan ölkəsinin ərazisinə qeyri-strateji nüvə silahlarının keçirilməsinin başlanmasından danışıb. Həmin gün Minskdə hər iki ölkənin müdafiə nazirləri Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar.

Azpost.info

Əvvəlki məqalə

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın çıxıb

Sonrakı məqalə

Rusiyada təyyarənin sərnişini Ukrayna dilində kitab oxuduğu üçün saxlanılıb