“20 saylı bazar”da plandankənar yoxlama aparılıb-FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Xətai rayonu, Cavanşir küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlişov Elman Şükür oğluna məxsus “20 saylı bazar”da plandankənar yoxlama aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mənşəyi məlum olmayan və üzərində etiket məlumatları qeyd edilməyən bir sıra qida məhsullarının (yumurta, konservləşdirilmiş turşular, ət və s.) satışa çıxarıldığı, ət məhsullarının açıq halda saxlanıldığı və temperatur rejiminə əməl olunmadığı, ətin müvafiq baytarlıq arayışı, konservləşdirilmiş turşuların müşayiətedici sənədləri, meyvə-tərəvəz məhsullarının idxal sağlamlıq aktı və ya daxili karantin sertifikatı ilə müşayiət olunmadan satışının həyata keçirildiyi, müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış sahələrin ayrılmadığı, qida məhsullarının, əllərin, alət və ləvazimatların yuyulması üçün yetərli sayda yuma çanağının təşkil olunmadığı və axar isti su sisteminin təchiz edilmədiyi, satış sahəsində döşəmə və tavanın tamlığının pozulduğu, piştaxtaların asan yuyulub-təmizlənə bilən, suya, korroziyaya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, bazarda çalışan şəxslərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Satışa təqdim edilən ət və konservləşdirilmiş turşu məhsullarından nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Avropa Komissiyası “Telegram”la bağlı təhqiqat başladacaq

Sonrakı məqalə

“Krımda Ukrayna ordusu üçün yüzlərlə hədəf var”