“20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcıdır”- Türkiyə səfiri

Bu gün yanvarın 20-si Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən insanların anım günüdür. Türkiyə səfirliyi olaraq bu hüzn günündə qardaşlığımızın sübutu kimi ehtiramımızı göstərmək üçün buradayıq.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Cahit Bağçı bildirib ki, 20 Yanvar hadisələrində şəhid olan insanların qanları bahasına bu torpaqlar azad edildi. Onların mübarizələri Azərbaycan torpaqlarının azad olunmasına da təkan verdi. 20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcıdır.

Səfir qeyd edib ki, 20 Yanvar hadisələri zamanı 1 milyona yaxın insan müstəqillik uğrunda Azadlıq meydanına toplaşmışdı. Həmin gündən oyanış, azadlıq hərəkatı başladı. Bunun da nəticəsi olaraq bir il sonra azadlıq əldə edildi.

Əvvəlki məqalə

“Vaqner”in qurucusu Rusiya Dumasına “kuvald” göndərdi

Sonrakı məqalə

Türkiyədə İŞİD-in rəhbər şəxslərindən biri saxlanılıb