20 yaşlı arvadını və 8 aylıq qızını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Abşeronda 20 yaşlı arvadını və 8 aylıq qızını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib(apa).

Əvvəlki məqalə

“Qəzəb və ikrah hissi yaradır”

Sonrakı məqalə

Ötən il bu qədər şagirdin oxuyub-yazmağı bacarmadığı üzə çıxıb