2016-cı ilin “Dünya gözəli” Formula 1 üçün Bakıya gəlir –FOTO

2016-cı ildə Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlir. 

Bu barədə o, instaqramda məlumat verib.  Model qeyd edib ki, 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yer alacaq.

İ. Knoll paylaşdığı videoda Formula 1-in böyük pərəstişkarı olduğu üçün çox həyəcanlı olduğunu deyir: “Bunu qaçırmaq mümkün deyil. Mənə qoşulun, tezliklə görüşərik”.

Qeyd edək ki, xorvatiyalı modelin Instagram səhifəsinə 3,4 milyondan çox izləyicisi var.

Əvvəlki məqalə

Mingəçevirdə 10 yaşlı uşaq zəhərli alçadan ölüb

Sonrakı məqalə

“Formula 1″lə əlaqədar 6 məktəbdə əyani dərslər dayandırılacaq